“Əl-RTV” müsəlman ictimai telekanalı 10 milyonlarla insan auditoriyasını əhatə edəcək.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni telekanal Ramazan ayının sonunda avqusutun 19-dan “Trikolor” kabel televiziyasının pakentində işə başlayacaq.
"Müsəlmanlar və İslamla maraqlanan insanların auditoriyası Rusiyada on milyonlarla insanı əhatə edir. Bu, nəinki dini həmçinin, marketinq nöqteyi-nəzərdən olduqca maraqlı və perspektivli sahədir”,- deyə “Əl-RTV”nin baş redaktoru, televiziya və radionun Avrasiya Akademiyasının prezidenti Rüstəm Arifcan bildirib.
Bundan başqa o qeyd edib ki, bu telekanal hökumət və aparıcı müsəlman birlikləri tərəfindən dəstəklənir.