Rusiyada polis və 5 ailə üzvünü öldürən - Azərbaycanlı dəstə yaxalandı

SOSİAL
16:15 02.05.2016
9947
Rusiyada DİN-in Samara vilayəti üzrə Baş qərargah rəisinin müavini Andrey Qoşt və ailəsinin qatilləri tapılıb.
Qətldə təqsirli bilinən 3 şübhəli azərbaycanlı saxlanılıb. İfadə verən şübhəlilərə qarşı hələ ki, rəsmi ittiham irəli sürülməyib, lakin onlar haqda iki aylıq həbs qətimkan tədbiri seçilib. Qətldə şübhəli bilinənlər Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğludur.
Xatırladaq ki, polis və onun ailəsinin 5 üzvü 23-24 apreldə xüsusi qəddarlıqla - armatur parçaları ilə qətlə yetirilib. Ailədən ancaq polisin 7 yaşlı qızı Sofiya sağ qalıb. O, ağır kəllə-beyin travması alıb.
///“Qafqazinfo”
 

OXŞAR XƏBƏRLƏR