Rusiyada polis velosipedçini avtomobillə vurdu, sonra bıçaqladı

Rusiyada polis velosipedçini avtomobillə vurdu, sonra bıçaqladı
DÜNYA
18:52 22.06.2023
233
Rusiyada qəribə cinayət hadisəsi baş verib. Belə ki, Moskva vilayətində Daxili İşlər Nazirliyinin əməkdaşı əvvəlcə velosipedçini avtomobili ilə vurub, sonra isə bıçaqlayıb.

Qorxunc hadisə iyunun 15-də baş verib.

Məlumata görə, yol polisinin qeydiyyat şöbəsinin əməkdaşı Roman Strelkov Kosyakovo kəndi yaxınlığında avtomobilin idarəetməsini itirib və qarşı zolağa çıxıb. Bu zaman həmin yolda hərəkətdə olan velosipedçini vurub.

Bundan sonra Strelkov avtomobilindən düşərək velosipedçiyə yaxınlaşıb və kömək etmək əvəzinə zərərçəkəni qarnından bıçaqlayıb, ardınca isə heç nə olmamış kimi maşınına minib və yoluna davam edib.

Xoşbəxtlikdən, yaralı velosipedçi başqaları tərəfindən tapılıb. Qaraciyəri zədələnən şəxs yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Bir neçə gün sonra müstəntiqlər sürücünün yerini müəyyən edərək saxlayıblar. Ona qarşı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Strelkovu 10 ilə qədər həbs cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR