Rusiyada polisləri dişləyən afrikalı qızlar cəzalandırıldı

DÜNYA
21:00 13.01.2014
1290

Rusiyada iki Nigeriya vətəndaşı 5 ay müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM “Eanews” nəşrinə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayət prokurorluğu məlumat yayıb.İnsident 2013-cü ilin iyulunda baş verib.Qızlar qəbul otağında olublar, çünki Verx-İsetski məhkəməsi onlar barəsində 2 min rubl cərimə və ölkədən çıxarılma hökmü verib. Onlar təcridxanada qaldıqları günlərin birində, ədəbsiz söyüşlər söyüb, qaldıqları kameranın divarını döyüb və qışqırıblar. İki polis əməkdaşı qızları sakitləşdirmək istəyərkən isə onlar müqavimət göstəriblər: qızlardan biri polislərdən birinin barmağını dişləyib, digər qız isə hər iki polisin üz-gözünü cırmaqlayıb.

OXŞAR XƏBƏRLƏR