Rusiyada PUA aviabazaya düşərək partladı

Rusiyada PUA aviabazaya düşərək partladı
DÜNYA
15:02 07.10.2022
179
Rusiyanın Kaluqa vilayətinin Şaykovka qəsəbəsindəki aviabazaya pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb.

Bu barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib.

Onun sözlərinə görə, xəsarət alan yoxdur.

Ehtimal olunur ki, PUA dövlət sərhədindən uçurmuş.

Qeyd edək ki, Kaluqa vilayəti Belarus və Ukrayna ilə sərhəddə yerləşir.
OXŞAR XƏBƏRLƏR