Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb

Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb
DÜNYA
18:34 02.07.2024
161
Leninqrad vilayətində ötən gecə qasırğa zamanı 3 nəfər ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər və rayon üzrə istintaq idarələrinin mətbuat xidmətləri məlumat yayıb.

"İyulun 2-də səhər saatlarında Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novoye Toksovo kəndində kotteclərin inşasında işləyən 26 yaşlı Tacikistan vətəndaşının meyiti aşkar edilib”, - məlumatda qeyd olunub.

Bundan başqa, ötən gecə bir nəfərin öldüyü barədə məlumat verilib.

İyulun 1-də axşam Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində güclü leysan yağıb, şimşək çaxıb, bəzi yerlərdə dolu düşüb, küləyin sürəti 22-27 m/s-dək güclənib.
OXŞAR XƏBƏRLƏR