Rusiyada qayıq aşdı - 6 nəfər itkin düşüb

Rusiyada qayıq aşdı - 6 nəfər itkin düşüb
DÜNYA
18:55 04.04.2022
253
Rusiyanın Samara vilayətində Volqa çayında şişmə rezin qayığın aşması nəticəsində 6 nəfər itkin düşüb.

Bu barədə təcili xidmətdən bildirilib.

Məlumata görə, qayığın göyərtəsində 11 nəfər olub. Onlardan 5-i sağ-salamat xilas edilib.

Hadisə yerli vaxtla saat 15.00-da Proran adasının Rojdestvenno yaşayış məntəqəsi yaxınlığında baş verib.
OXŞAR XƏBƏRLƏR