Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində qaz kəmərində baş verən yanğın nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə Yuqra Səhiyyə departamentinin direktoru Aleksey Dobrovlski bildirib.
Onun sözlərinə görə, "Qazprom Transqaz Yuqorsk” şirkətinə məxsus Yamal-Avropa magisrtral qaz kəmərinin Beloyarsk rayonu ərazisində təmir işləri zamanı yanğın olub.