Bakı Apellyasiya Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rusiyada onun barəsində çıxarılan məhkəmə hökmünün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənib. Ona 20 il cəza təyin edilib. Lakin qərardan narazı qalan E. Məmmədov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.
E. Məmmədov Rusiyada məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, Azərbaycana təhvil verilib. Hazırda onun barəsində olan hökmün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə baxılır.
Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır. (APA)