Rusiyada rubl kəskin bahalaşdı: Dolları nə gözləyir?

Rusiyada rubl kəskin bahalaşdı: Dolları nə gözləyir?
DÜNYA
22:19 25.05.2022
1043
Rusiya rublu dollar qarşısında son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya hücumu səbəbindən sanksiyalarla mübarizə aparan Rusiyanın pul vahidi rubl bahalaşmaqda davam edir.
 
Rusiya rublu dollar qarşısında 2018-ci ilin martından bəri ən yüksək həddə yüksəlib.

Belə ki, Rusiyanın kapitala nəzarəti yumşaltmağı nəzərdən keçirdiyinə dair xəbərlərə baxmayaraq, valyuta bu gün dollara nisbətdə 2 faiz bahalaşaraq 56 səviyyəsindədir. Rubl bu il dollara nisbətdə təxminən 30 faiz bahalaşaraq, ölkənin Ukraynaya hücumu ilə əlaqədar tətbiq etdiyi sanksiyaların iqtisadi tənəzzülünə baxmayaraq, onu ən yaxşı nəticə göstərən valyutaya çevirib. 

Bununla belə, iqtisadçılar bərpanın çox sürətli olduğunu və bu dəyər artımının büdcə gəlirlərinə zərbə vuracağını və ixracda rəqabət qabiliyyətini azaldacağını bildiriblər.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR