Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açıldı

Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi açıldı
SOSİAL
16:44 27.04.2022
366
Rusiyada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman” televiziya oyununun iştirakçısı Rövşən Əsgərova qarşı cinayət işi başlanılıb.

AZXEBER.COM "RİA Novosti"yə istinadla xəbər verir ki, o, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi reabilitasiya etməkdə ittiham olunur.

RF İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

İstintaq Komitəsindən bildirilib ki, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR