2023-cü il martın 29-da Rusiyada saxlanılan amerikalı jurnalist Evan Gerşkoviçlə bağlı yeni qərar verilib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya məhkəməsi "casusluq"da ittiham olunan "Wall Street Journal"ın qəzetinin müxbiri Evan Gershkoviçin həbs müddətini daha 3 ay uzadıb.
TASS xəbər agentliyinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsinin açıqlamasında bildirilir ki, ibtidai istintaq orqanlarının ərizəsi qiymətləndirilib və Qerşkoviçin həbs müddəti iyunun 30-dək uzadılıb.
Qeyd olunub ki, işdə məxfi sübutlar olduğu üçün məhkəmə qapalı keçirilib.
Gerşkoviç Rusiya Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya olunub.
ABŞ prezidenti Co Bayden və bəzi yüksək vəzifəli şəxslər amerikalı jurnalistin dərhal azad edilməsi üçün çağırış ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Gerskoviçin Yekaterinburqdakı fəaliyyətinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur.
Mikayıl