Rusiyanın Soçi şəhərindən havaya qalxan "Ural Hava Yolları"na məxsus sərnişin təyyarəsi Novosibirsk vilayətində əkin sahəsinə məcburi eniş edib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, qəzada xəsarət alan olmasa da, təyyarənin əvvəlcə texniki səbəblərə görə eniş tələb etdiyi bildirilib.
Aviaşirkətdən verilən açıqlamada "Eniş heç bir problem olmadan həyata keçirilib. Təyyarədə 161 sərnişin və 6 ekipaj üzvü olub, xəsarət alanların olmadığı" bildirilib.
Rusiya mətbuatı sərnişin təyyarəsinin texniki səbəblərdən əvvəl Novosibirsk hava limanına eniş tələb etdiyini, daha sonra təyyarənin tarlaya endiyini və sərnişinlərin təxliyə edildiyini bildirib.
Mikayıl