xari

Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı

DÜNYA
12:46 18.04.2021
250
Son sutkada Rusiyada koronavirusa 8 632 yeni yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Koronavirusun yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

"Son sutkada Rusiyanın 83 regionunda koronavirus infeksiyasına 8 632 yeni yoluxma aşkarlanıb”, - deyə xəbərdə bildirilir.

Artım tempi 0,18% təşkil edib.

Qeyd edilir ki, pandemiya ərzində ölkədə koronavirusa ümumilikdə 4 702 101 yeni yoluxma aşkarlanıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR