Rusiyanın daxili kəşfiyyat idarəsi FSB terror aktı törətməyi planlaşdıran 3 nəfərin saxlanıldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada 144 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra daxili kəşfiyyat təşkilatı FSB-nin işi nəticəsində bombalı hücum cəhdinin qarşısı alınıb.
FSB ölkənin cənubunda terror aktı törətməyi planlaşdıran 3 nəfərin saxlanıldığını açıqlayıb.
Stavropol bölgəsində hücum cəhdinin qarşısı alındığını açıqlayan FSB hücum edənlərin Orta Asiya əsilli olduğunu bildirib. Rusiya kəşfiyyatı ələ keçirilən silahlı şəxslərin görüntülərini də dərc edib.
Ayşən