Rusiyada terrora çağırışa görə blogerə qarşı cinayət işi açıla bilər

Rusiyada terrora çağırışa görə blogerə qarşı cinayət işi açıla bilər
DÜNYA
16:24 23.08.2025
289
Moskva prokurorluğu erməniəsilli rusiyalı bloger Arsen Markaryana qarşı terrorizmə çağırış ittihamı ilə cinayət işi qaldıra bilər.

Bu barədə AZXEBER.COM Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, belə çağırışlar Markaryanın müsahibələrinin birində səslənib.

"Bloger terrorizmin ideologiyası və praktikasının düzgünlüyünə dair qəti mövqe formalaşdıraraq, Rusiya ərazisində və ölkə vətəndaşlarına qarşı dronlardan istifadə edərək terrora çağırışlar edib”, - Moskva prokurorluğu bildirib.

Markaryana qarşı terrora açıq çağırışlara görə işin başlanması məsələsinin həlli üçün materiallar istintaq orqanlarına göndərilib.

Rusiyada bu maddəyə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR