Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyada təyyarə qəzası: Ölənlər var
DÜNYA
01:31 25.10.2021
1043
Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə Moskva yaxınlığında yerləşən Ruza şəhərindəki "Aeroklassika” klubu ərazisində baş verib.

"Aeroprakt A-22” təyyarəsi yerə çırpıldıqdan sonra alışaraq yanıb.

İnsident nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan iki nəfər ölüb.

Faciəyə səbəb yandan əsən güclü külək olub.
OXŞAR XƏBƏRLƏR