Rusiyada təyyarə qəzası: Onlarla ölən var – YENİLƏNİB + VİDEO

Rusiyada təyyarə qəzası: Onlarla ölən var – YENİLƏNİB + VİDEO
DÜNYA
18:58 11.02.2018
2483

Moskva ətrafında qəzaya uğrayan "Saratov hava yollar”ının An-148 sərnişin təyyarəsi yaxınlığında helikopter qalıqları tapılıb.

Bu barədə Lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Helikopterin An-148-lə toqquşduğu ehtimal olunur.

Qəza yerində ən azı 60 nəfərin cəsədi aşkarlanıb. Təyyarənin göyərtəsində 65 sərnişin və altı ekipaj üzvü olub.

17:12

Rusiyada Moskva ətrafında Ramensk rayonunda An-148 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə RİA Novosti nəşri məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Zavorovo və Stepanovskoye yaşayış məntəqələri arasında qəzaya düşüb. 

İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 71 nəfər olub, onlardan 65-i sərnişin, altısı isə ekipaj üzvüdür.

 
oxu.az
OXŞAR XƏBƏRLƏR