Rusiya Federasiyasının Adıgey Respublikasında L-39 hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində Maykop şəhərinin təlim-hava bazasının komandiri Vadim Qurov ölüb.
Qeyd olunub ki, təlim uçuşları zamanı təyyarə eniş edərkən uçuş-enmə zolağına düzgün eniş etməyib və ən yaxın naviqasiyanın radio rabitə qülləsinə çırpılıb.
Gülay