Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan «An-12» təyyarəsi qəzaya uğrayıb.
Məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.
Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.
Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş. İrkutskda «An-12» yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb. Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.
///report