Rusiyada təyyarənin binaya çırpılması nəticəsində ölənlərin sayı 14-ə çatdı

Rusiyada təyyarənin binaya çırpılması nəticəsində ölənlərin sayı 14-ə çatdı
DÜNYA
18:20 18.10.2022
330
Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.

Bununla da ölənlərin sayı 14-ə çatıb.

Yaralananlar isə 19 nəfərdir.

Qeyd edək ki, oktyabrın 17-də Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində SU-4 qırıcı təyyarəsi yaşayış binasına çırpılıb. Təyyarənin qəzaya uğramasının səbəbi texniki nasazlıq olub.
OXŞAR XƏBƏRLƏR