Rusiyada üçü uşaq olmaqla yeddi nəfər yanaraq öldü

DÜNYA
10:09 25.03.2020
1633
Rusiyada fərdi evdə yanğın hadisəsi baş verib.

"Report” xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğın Penza vilayətinin Nijniy Lomov şəhərində qeydə alınıb. 

Yanğının söndürülməsinə 18 nəfərdən ibarət canlı qüvvə və altı ədəd texnika cəlb edilib.

"100 kvadratmetr olan birmərtəbəli taxtadan tikilmiş yaşayış evi tamamilə yanıb. Yanğının kəşfiyatı zamanı yeddi nəfərin meyiti tapılıb. Ölənlərin üçü uşaqdır. ”-deyə məlumatda bildirlib. 

OXŞAR XƏBƏRLƏR