Rusiyada vəzifəli şəxslərə azərbaycanlılara görə cinayət işi açıldı

SOSİAL
13:41 21.05.2016
1955
Rusiyada gömrük postunun rəis müavini həbs edilib.
Tutulan şəxs “Vnukovo” hava limanının gömrük postunun rəis müavini Vyaçeslav Latskixdir. O, Türkiyədən malların qaçaqmalçılığına görə açılan cinayət işi üzrə həbs edilib.
İstintaqdan verilən məlumata görə, Türkiyə və Azərbaycan vətəndaşları gömrük əməkdaşları ilə birlikdə Türkiyədən qaçaqmalları əl yükü adı altında Rusiyaya keçiriblər.
Xatırladaq ki, apreldə “Vnukova” gömrüyünün 3 əməkdaşının saxlanılması barədə xəbər yayılmışdı. Onların saxlanma səbəbi kimi vəzifə səlahiyyətlərini aşmaq göstərilirdi. İş üzrə başqa bir şübhəli – “Vnukova” hava limanının gömrük postunun rəisi Roman Kurzenkov isə axtarışa verilib.
///AzNews.az

OXŞAR XƏBƏRLƏR