Katarakt

Rusiyada yanacaqdoldurma məntəqəsində dəhşətli partlayış - ANBAAN VİDEO

DÜNYA
16:30 14.06.2021
936
Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı altı nəfər yaralanıb.

Bu barədə TASS təcili yardım xidmətinə istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, qurbanların arasında çağırışa ilk gələn Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı da var.

Yanğının sahəsi hazırda 800 kvadratmetrdir. 
 

OXŞAR XƏBƏRLƏR