Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gündən yeni sərtləşdirilmiş qaydalar qüvvəyə mindi

DÜNYA
11:43 05.02.2025
159
Rusiyada bu gündən miqrant uşaqların valideynlərinə qarşı tədbirlər qüvvəyə mindi.

Bu barədə TASS xəbər yayıb.

Bildirilib ki, bu əmrə əsasən, əcnəbilərin yetkinlik yaşına çatmayan uşaqları arzuolunmaz hesab edilərsə, onların özlərinin də ölkədə qalması arzuolunmaz hesab ediləcək. Bu o deməkdir ki, əcnəbinin uşağı ölkədə qalma qaydalarını pozarsa, təkcə o deyil, valideynləri də deportasiya ediləcəklər.

Əcnəbinin Rusiyada qalmasının arzuolunmaz hesab edilməsi barədə qərar ölkəyə giriş zamanı pozuntular, sənədlərin olmaması və ya itirilməsi, icazə verilən müddət bitdikdən sonra ölkədən çıxmaqdan yayınma, həmçinin dövlətin təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına təhlükə yaratdığı hallarda qəbul edilə bilər. Bu əsasların siyahısına əcnəbinin konstitusiya quruluşunun əsaslarının, digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təhlükə yaratdığı hallar da daxildir.

Arzuolunmaz hesab edilən əcnəbilər müəyyən edilmiş müddətdə ölkəni tərk etməlidirlər, əks halda deportasiya olunacaqlar.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR