Rusiyada yaşayanlara "odxod" deyən deputatın arvadı: "Mənə pis-pis mesajlar yazırlar"

Rusiyada yaşayanlara "odxod" deyən deputatın arvadı: "Mənə pis-pis mesajlar yazırlar"
SOSİAL
00:37 28.12.2016
16573

Milli Məclisin deputatı, Rusiyada işləyən azərbaycanlılarla bağlı verdiyi müsahibədən sonra gündəmə çevrilən Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyeva Publika.az-a müsahibə verib.

69 yaşlı qadın kiminsə onun nömrəsini yaydığını bildirib: "Mənə pis-pis mesajlar yazırlar. Hətta ABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb.

Dava-dərmanla yaşayıram. Axı mənim nömrəmi kim yayıb? Məgər bu adamların anaları, bacıları yoxdur? Heç olmasa, məni onların yerinə qoysunlar. Başqa vaxtı kişilikdən, qeyrətdən danışırlar. Qadına belə mesajlar yazarlar? İnanın ki, mənə yazılan mesajları görəndən sonra halım çox pisləşib. Axı bunu yazanların vicdanı yoxdur, utanmır? Mən onların anaları, nənələri yaşındayam. Mənə niyə "siz pissiniz” yazırlar? Axı mən nə pislik etmişəm?

Biz sadə ailəyik. Astan müəllim də sadə həyat tərzi sürür. Məncə, insanlar da hər zaman sadə olmağı bacarmalıdırlar.

Solmaz Şahverdiyeva qeyd edib ki, mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib etməyəcəyini dəqiq bilmir.

"Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında əmisinin içkili vəziyyətdə müsahibə verdiyini yazıb. Bu nə qədər doğrudur?” sualına deputatın xanımı belə cavab verib:

"Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb”.

O, qeyd edib ki, millət vəkili müsahibəylə bağlı heç yerə çağırılmayıb və ona töhmət verilməyib:

"Bununla bağlı heç bir zəng də olmayıb. Sadəcə olaraq, bu gün Milli Məclisə çağırılıb. Orada da məsələni izah edib. Amma dünən saytlar yazıb ki, guya, Astan müəllimin mandatını alıblar və sairə. Bunlar yalan xəbərdir. Dünən heç yerə çağırılmayıb, getməyib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub
16:51 20.08.2025
Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub
"Bakı və İrəvan arasında normallaşma Cənubi Qafqazda sülhü gücləndirəcək"
16:45 20.08.2025
"Bakı və İrəvan arasında normallaşma Cənubi Qafqazda sülhü gücləndirəcək"
Rusiya XİN: Yüksək səviyyəli görüş Ukrayna ilə danışıqlara nöqtə qoymalıdır
16:28 20.08.2025
Rusiya XİN: Yüksək səviyyəli görüş Ukrayna ilə danışıqlara nöqtə qoymalıdır
Ağdərədə yanğın olub
16:09 20.08.2025
Ağdərədə yanğın olub
Ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək
16:00 20.08.2025
Ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək
Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
15:53 20.08.2025
Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
Kosmetoloq: “Ucuz və bahalı dolğuların tərkibi eynidir”
15:44 20.08.2025
Kosmetoloq: “Ucuz və bahalı dolğuların tərkibi eynidir”
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
15:39 20.08.2025
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
15:34 20.08.2025
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
15:32 20.08.2025
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
15:31 20.08.2025
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
15:30 20.08.2025
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
15:24 20.08.2025
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
15:15 20.08.2025
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
15:14 20.08.2025
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu