Rusiyada "Youtube" bloqerlərinin "qara siyahı"sı hazırlanır

Rusiyada "Youtube" bloqerlərinin "qara siyahı"sı hazırlanır
DÜNYA
19:24 09.02.2024
202
Rusiya Federasiyasının İctimai Palatası rusiyalı "Youtube" bloqerlərinin "qara siyahı"sını yaradacaq.

Bu barədə Media və Kütləvi Kommunikasiyaların İnkişafı Komissiyası sədrinin birinci müavini Aleksandr Malkeviç bildirib.

Dəyirmi masa zamanı o, siyahının ictimaiyyətə açıqlanacağını deyib:

"İctimai Palata indi digər məsələlərlə yanaşı, "Youtube" platformasında işləyən bloqerlərin "qara siyahı"sı üzərində işləməyə başlayır. Biz bunu dərc edəcəyik, çünki bunlar Rusiya sosial şəbəkələrində qəsdən işləməyən, özlərini rusiyalı bloqer kimi təqdim edən insanlardır".

Onun sözlərinə görə, siyahının birinci hissəsi uşaq auditoriyası üçün işləyən blogerlərə həsr olunacaq. 
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR