Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür
Siyasət
15:53 11.10.2020
815

Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir.

AZXEBER.COM-un məlumatına görə, bu fikirlər Ermənistanın Moskvada əldə edilmiş atəşkəs barədə razılaşmanın şərtlərinin pozulması ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanatında öz əksini tapıb.

Səfirlikdə xatırladıblar ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının Xarici İşlər nazirləri 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən döyüş əməliyyatlarının gedişində həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi üçün atəşkəs barədə razılıq əldə ediblər.

Bəyanatda daha sonra deyilir: "Bu sazişin humanitar tərkib hissəsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri əldə edilmiş razılaşmanı kobud şəkildə pozaraq Azərbaycanın Ağdam və Tərtər rayonlarını artilleriya atəşinə tutub, habelə Hadrut və Cəbrayıl istiqamətində hücum cəhdi ediblər. Suqovuşanda erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət işçisi ağır yaralanıb.

Oktyabrın 11-nə keçən gecə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən ikinci böyük şəhəri Gəncə Ermənistan tərəfindən şiddətli raket atəşinə məruz qalıb, nəticədə çoxsaylı yaşayış evləri dağılıb, 9 nəfər dinc sakin həlak olub, uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ciddi xəsarətlər alıb.

Bununla əlaqədar, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, atəşkəs haqqında razılıqdan sonra dinc sakinlərin və şəhərlərin atəşə tutulması məsuliyyətsizliyin daha bir hiddətləndirici nümunəsidir, Ermənistan rəhbərliyinin atəşkəsə çağırışları isə riyakarlıqdan və vaxt qazanmaq cəhdindən başqa bir şey deyil.

Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, Ermənistan beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir.

Azərbaycan tərəfi Ermənistanın növbəti təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və beynəlxalq birliyi işğalçı ölkə olan Ermənistanı beynəlxalq hüquqa və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün təsirli tədbirlər görməyə çağırır.

Regionda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
18:11 17.09.2025
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”