Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin deyib ki, çox böyük ehtimalla Volqoqrad dəmir yolu vağzalında teraktı törədən kişi olub. Ancaq hüquq mühafizə orqanları öncə məlumat verilmişdi ki, teraktda slavyan mənşəli kişi də iştirak edib. O, içində bomba olan çantanı vağzala gətirmək istəyib. Polislər çantaya baxarkən qəfildən partlayış baş verib. Sonradan məlum olub ki, teraktı törədən 26 yaşlı Oksana Aslanova imiş. Hadisə yerində onun başı tapılıb. Onu saxlamağa çalışan polis Dmitri Makovkin də partlayış nəticəsində dünyasını dəyişib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən teraktdan bir neçə dəqiqə öncə və sonra çəkilən fotoları təqdim edir: