Rusiya 9 may tarixində müharibənin bitəcəyi iddialarına cavab verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya "qələbə günü” kimi qeyd etdiyi 9 mayda Ukraynaya rəsmən müharibənin elan ediləcəyi iddialarına Kreml cavab verib.
Prezidentin sözcüsü Dmitri Peskov açıqlamasında yaranan bu iddialara "cəfəngiyyat” şərhini verib.
O bildirib ki, belə bir ehtimal yoxdur. Peskov həmçinin Rusiyanın milli səfərbərliyə hazırlaşdığına dair iddiaları da inkar edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiyanın may ayı üçün planları olduğunu təkzib edib.
Ayşən