Rusiyadan ABŞ-a cavab - Nüvə təlimlərinə başlayır

Rusiyadan ABŞ-a cavab - Nüvə təlimlərinə başlayır
DÜNYA
11:56 02.06.2022
373
ABŞ-ın Ukraynaya qabaqcıl raket sistemləri verəcəyini açıqlamasından bir neçə saat sonra Rusiya nüvə təlimi keçirəcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Strateji Raket Qüvvələrinin təlimlərə başladığını açıqlayıb.

Raket buraxılışının olmayacağının bildirildiyi təlimdə patrul, raket sistemlərinin quraşdırılması və hücumlardan qorunma istiqamətində təlimlərin keçiriləcəyi açıqlanıb.

İlk dəfə 2007-ci ildə sınaqdan keçirilmiş Rusiya istehsalı "Yars” termonüvə qitələrarası ballistik raketlərinin də yer aldığı təlimdə minə yaxın şəxsi heyət və 100-dən çox texnika iştirak edəcək.
 
Aydın
OXŞAR XƏBƏRLƏR