Rusiyadan ABŞ-yə XƏBƏRDARLIQ

Rusiyadan ABŞ-yə XƏBƏRDARLIQ
DÜNYA
13:33 03.06.2024
139
Rəsmi Vaşinqtonun Ukraynaya Rusiya ərazisində ABŞ istehsalı olan silahlardan istifadə etməyə icazə verməsindən sonra Rusiya ABŞ-yə xəbərdarlıq edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi ABŞ-yə xəbərdarlıq edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynanın Rusiyanın erkən xəbərdarlıq radar sistemlərinə hücum cəhdlərinin qarşısı alınacağını və Rusiyanın bu cür addımlara asimmetrik reaksiya verə biləcəyini bildirib.

Ötən həftə ABŞ Prezidenti Co Baydenin bəzi ABŞ silahlarının Ukrayna tərəfindən Rusiya ərazisində istifadəsinə icazə verdiyi açıqlanıb.
 
ABŞ-nin Kiyev administrasiyasına yalnız Rusiyanın son zamanlar hücumlarını intensivləşdirdiyi Xarkov bölgəsində istifadəyə icazə verdiyi bildirilsə də, bu gedişat son vaxtlar gərginləşən ABŞ-Rusiya münasibətlərində gərginliyi daha da artırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR