Rusiyadan açıqlama: Vaksin üçün son 10 gün

Rusiyadan açıqlama: Vaksin üçün son 10 gün
DÜNYA
17:18 03.08.2020
1197
Rusiyada koronavirusa qarşı vaksinin 10 gün ərzində qeydiyyatdan keçəcəyi gözlənilir.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev bildirib.

Xatırladaq ki, Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Moskvanın Qamaleya adına Elmi-Tədqiqat Mərkəzinin hazırladığı koronavirusa qarşı peyvəndin kliniki sınaqlarının başa çatdığı barədə məlumat vermişdi.

Onun sözlərinə görə, ilk növbədə ölkədə tibb mütəxəssisləri və müəllimlər peyvənd olunacaq.

"Oktyabrda koronavirusa qarşı kütləvi vaksinasiyasının başlanmasına hazırlaşırıq”, - deyə nazir bildirib.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR