Rusiyadan Afrikada aclığa səbəb olması iddialarına CAVAB

Rusiyadan Afrikada aclığa səbəb olması iddialarına CAVAB
DÜNYA
19:56 31.08.2023
297
"Ukrayna rəsmilərinin Rusiyanın öz hərəkətləri ilə Afrikada aclıq yaratması ilə bağlı iddiaları tamamilə əsassızdır”.

AZXEBER.COM xarici mətbuata  istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  O bildirib ki, Afrika qitəsində taxıl və ərzaq qıtlığının Rusiyanın mövqeyi ilə heç bir əlaqəsi yoxdur.

O, xüsusilə, bu cür bəyanatları "reallığın qəsdən təhrif edilməsi” adlandırıb:

"Əksinə, Rusiya çox məsuliyyətli mövqe tutur. Rusiya öhdəliklərin yerinə yetirilməməsinə baxmayaraq, taxıl müqaviləsini dəfələrlə uzadıb. 
Rusiya taxıl ticarətini davam etdirir. Avropa İttifaqı ölkələri və ABŞ-ın ona qarşı qoyduğu ciddi çətinliklərə baxmayaraq, məsuliyyətli və çox ciddi tədarükçüdür”.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR