Rusiyadan "Apple"lə bağlı iddia: ABŞ üçün casusluq edir

Rusiyadan "Apple"lə bağlı iddia: ABŞ üçün casusluq edir
DÜNYA
14:44 02.06.2023
230
Rusiyanın Federal Təhlükəsizlik İdarəsi (FSB) iddia edib ki, Amerika kəşfiyyat xidməti iPhone-lardakı boşluqlardan istifadə edərək rusiyalı diplomatları izləyir.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ xüsusi xidmət orqanlarının minlərlə Apple telefonu üzərində həyata keçirdiyi casus əməliyyatının ifşa edildiyini açıqlayıb.

FSB diplomatların telefonlarının zərərli proqramla yoluxduğunu və beləliklə də həssas məlumatların ələ keçirildiyini bildirib.

Açıqlamada Apple ABŞ kəşfiyyat agentlikləri ilə işləməkdə günahlandırılıb.

Bildirilib ki, Rusiya, keçmiş Sovet İttifaqı ölkələri, o cümlədən NATO üzvləri, İsrail, Suriya və Çindəki xarici diplomatların telefonları virusla hədəf olub.

Apple-ın ABŞ kəşfiyyat agentlikləri ilə işləməkdə günahlandırıldığı ifadəsində aşağıdakı ifadələr yer alıb:
 
Rusiya kəşfiyyatının əldə etdiyi məlumatlar Apple ilə ABŞ kəşfiyyat orqanlarının, xüsusən də ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) sıx əməkdaşlığını ortaya qoyur. Bu, Apple-ın istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini təmin etmək siyasətinin reallığa uyğun olmadığını təsdiqləyir.

Bəyanatda bildirilir ki, Apple ABŞ kəşfiyyat agentliklərini və Ağ Evin istədiyi hər kəsi, o cümlədən ABŞ vətəndaşlarını izləmək üçün "geniş imkanlar” təklif edir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR