Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib

Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib
SOSİAL
21:03 21.07.2020
812

Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - E.Hüseynov bildirib.

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb.

OXŞAR XƏBƏRLƏR