Rusiyadan Ermənistana uçan təyyarənin mühərriki alovlandı - VİDEO

Rusiyadan Ermənistana uçan təyyarənin mühərriki alovlandı - VİDEO
DÜNYA
18:00 25.12.2021
356
"Utair” aviaşirkətinə məxsus təyyarənin Rusiyanın Tümen şəhərindən İrəvana icra etdiyi uçuş alovlanan mühərrik səbəbiylə təxirə salınıb.

"Səfər saat 07:20-də olmalı idi. Uçuş zamanı mühərrik partladı. Uçuş ləğv edildi. Sərnişinlərin yarısı evə getdi. Axşama yeni reys vəd edilir”, - deyə sərnişinlərdən birinin qohumu bildirib.

Hadisə ilə bağlı video internetdə yayılıb. Təyyarənin sol qanadının altında alovlanma görünür.

Hadisə ilə bağlı məlumat "Roşino” hava limanından təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR