Rusiyadan Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına - Münasibət

Rusiyadan Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına - Münasibət
SİYASƏT
14:34 19.09.2018
3778
"Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir".
 
AZXEBER.COM xəbər verir ki, bunu Trend-in Ermənistan parlamentinin "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

XİN-dən deyiblər: "Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.

Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.
OXŞAR XƏBƏRLƏR