Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Fələstin-İsrail münaqişəsi regionda mövcud status-kvonun dayanıqlı olmadığını göstərir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Sergey Lavrov Moskvada Ərəb Liqasının baş katibi Əhməd Əbu Qayt ilə görüşüb.
Görüşün əvvəlində çıxış edən Lavrov Rusiya ilə Ərəb Liqası arasında qarşılıqlı fəaliyyətin bütün aspektlərini, o cümlədən nazirlərin görüşlərini müzakirə edəcəklərini bildirib.
Fələstin-İsrail münaqişəsində misli görünməmiş kəskin dönüş olduğunu deyən Lavrov deyib:
"Bu dönüş sübut etdi ki, münaqişə zonasında mövcud status-kvo tamamilə dayanıqlı deyil, gündəliyimizdə düzəlişlər edilməlidir. Təcili olaraq hərbi əməliyyatları dayandırmaq və mövcud vəziyyətin qurbanına çevrilmiş çoxlu sayda mülki əhalinin problemini həll etmək deyil, həm də Fələstin probleminin həllini tapmayan səbəblərinə xüsusi diqqət yetirmək lazımdır”.
Ayşən