Rusiyadan Fələstinlə bağlı VACİB ANONS: Vəziyyət daha da pisləşəcək

Rusiyadan Fələstinlə bağlı VACİB ANONS: Vəziyyət daha da pisləşəcək
DÜNYA
11:16 03.11.2023
206
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrail-Fələstin münaqişəsinin daha da pisləşəcəyini bildirib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, sözçü Qəzzalıların Sinay yarımadasına köçürülməsinin fəlakətlə nəticələnəcəyini deyib.

Mariya Zaxarova açıqlamasında deyib:

"Biz hesab edirik ki, bu cür təxribatçı bəyanatlar radikal oriyentasiyaya və qarşılıqlı inadkarlıq səviyyəsinin artmasına təkan verir, münaqişələrin uzanmasına səbəb olur. Belə planlar reallaşarsa, insanların didərgin düşməsi fəlakətə gətirib çıxaracaq və regionda vəziyyəti daha da pisləşdirəcək. Bunun fələstinlilər, israillilər və bütün region üçün dağıdıcı nəticələri olacaq. Özlərini tarixi torpaqlarda yəhudi dövlətinin dirçəldilməsi ideyasının sahibi kimi görənlərdən Fələstin xalqının öz torpaqlarından sürgün edilməsi ilə bağlı təklifləri eşitmək qəribədir”.
 
Mövcud vəziyyətin həlli üçün lazımi addımların atılması lazım olduğunu bildirən Zaxarova, "1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan Fələstin və İsrail arasındakı problemin beynəlxalq səviyyədə qəbul edilmiş əsaslarla həll olunmasının tərəfdarıdırlar. Paytaxtı Şərqi Qüds olan, İsraillə sülh və əmin-amanlıq içində yaşayır”, - açıqlamasında bildirib.

İsrailin Qəzzadakı Cibaliye Qaçqınlar Düşərgəsinə hücumuna da toxunan Zaxarova ölkəni beynəlxalq norma və hüquqlara əməl etməyə çağırəb:
 
"Biz bir daha bütün müvafiq tərəflərə beynəlxalq humanitar hüquq normalarına əməl etməli olduqlarını xatırladırıq və mülki şəxslərə qarşı hər hansı zorakılıq, mənzil və mülki infrastruktura hücumlar qəbuledilməzdir".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR