Qərblə Rusiya arasında son gərginlik nüvə müharibəsi riskini gündəmə gətirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya yeni qitələrarası ballistik raketi sınaqdan keçirib.
Rusiya Müdafiə Nazirliyi "Bulava” ballistik raketinin "İmperator III Aleksandr” atom sualtı qayığından buraxıldığını açıqlayıb.
Açıqlamada ballistik raketin buraxılmasının sınaqların son mərhələsi olduğu bildirilib.
Rusiyanın şimalındakı Ağ dənizdən atılan raketin minlərlə kilometr uzaqlıqdakı Kamçatkadakı hədəfi vurduğu qeyd edilib. Sınaq prezident Vladimir Putinin ölkəsinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini (CTBT) ratifikasiyasını ləğv etməsindən sonra keçirilib.
ABŞ və Aİ Rusiyanın bu qərarına reaksiya verib və bunun "nüvə riskini və gərginliyi” artıracağını bəyan edib.
Ayşən