Rusiyadan “Google”a böyük məbləğdə CƏRİMƏ

Rusiyadan “Google”a böyük məbləğdə CƏRİMƏ
DÜNYA
11:31 18.08.2023
246
Rusiya "Google”u Ukrayna müharibəsi ilə bağlı yanlış məzmunla material dərc etdiyinə görə cərimələyib.

AZXEBER.COM xəbər verir ki, Rusiya məhkəməsi ABŞ-nin texnologiya şirkəti "Google”u Rusiyanın Ukrayna müharibəsi ilə bağlı çaşdırıcı olduğunu iddia etdiyi məzmunu silmədiyi üçün 3 milyon rubl dəyərində cərimələyib.

Moskva məhkəməsi sözügedən məzmunun "məhdud məlumat" olduğunu bildirərək "Google”u məzmunu silməməkdə günahkar bilib. 

Qeyd edək ki, "Google” Rusiyada əvvəllər də böyük cərimələrlə üzləşib. Ötən il də Ukrayna müharibəsi ilə bağlı bəzi məlumatları silmədiyi üçün yenidən 360 milyon avro cərimələnib.

Şirkət bu yaxınlarda Qərbin sanksiyaları çərçivəsində Rusiyadakı fəaliyyətini azaltmaq qərarına gəlib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR