Rusiyadan "Google News"a QADAĞA

Rusiyadan "Google News"a QADAĞA
DÜNYA
14:15 26.04.2022
438
Rusiya "Google News" xidmətini Ukraynadakı müharibə ilə bağlı etibarsız məlumat paylaşdığına görə qadağan edib.

AZXEBER.COM xəbər verir ki, Rusiya Ukrayna müharibəsi ilə bağlı etibarsız məlumatların yer aldığı "Google News"  xidmətini qadağan edib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları davam edərkən, bəzi sosial media platformaları, o cümlədən bir çox nüfuzlu media orqanlarının saytlarını bu ölkədə bloklanır. 

Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin yeni bəyanatında Google-un xəbər xidməti olan "Google News"un girişinin bloklandığı açıqlanıb.

Açıqlamada Ukraynadakı müharibə ilə bağlı yalan məlumatların və xəbərlərin Google-un xidməti vasitəsilə yayıldığı iddia edilib:

"Rusiya Baş Prokurorluğunun tələbi ilə ölkədə Google Xəbərlər xidmətinə girişi məhdudlaşdırılıb. Amerika onlayn xəbər mənbəyi xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı çoxlu etibarsız məlumatlar yayır”.

Ayşən

OXŞAR XƏBƏRLƏR