Rusiya Kənd Təsərrüfatı Nazirliyi daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən günəbaxan yağı ixracına müvəqqəti kvota tətbiq ediləcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən edilən yazılı açıqlamada günəbaxan yağı və günəbaxan tumlarına qlobal tələbatın artdığı vurğulanıb.
Bu səbəbdən Rusiya məhsullarına tələbatın artdığına dair məlumatların yer aldığı açıqlamada aprelin 15-dən kvota tətbiq ediləcəyi bildirilib:
"Daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən avqustun 31-dək günəbaxan yağı ixracına müvəqqəti olaraq kvota tətbiq edilib. Kvota məbləği 1,5 milyon ton olaraq müəyyən edilib”.
Ayşən