"Bu, qətiyyən qəbuledilməz bir siyasi qətldir və bu qətl gərginliyin daha da artmasına səbəb olacaq”.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Boqdanov Rusiyanın RİA xəbər agentliyinə verdiyi açıqlamada HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Həniyənin Tehranda öldürülməsinə münasibət bildirib.
Boqnadov sözügedən vəziyyətin çox pis olduğunu vurğulayıb.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə Tehranda İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdiyi iqamətgahına hücum nəticəsində həyatını itirib.
Xatırladaq ki, HƏMAS, Haniyənin qətlinin İsrail tərəfindən təşkil edildiyini bildirib. İsrail isə qətldə iştirakının olmadığını bildirib.
Oksana