Rusiyadan Makrona sərt reaksiya: Avropada gərginlik artır

Rusiyadan Makrona sərt reaksiya: Avropada gərginlik artır
DÜNYA
13:53 07.06.2024
170
Fransanın Ukraynaya döyüş təyyarələri göndərəcəyini vəd etməsindən sonra Kreml Makronu Avropada gərginliyi artırmaqda ittiham edib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" xəbər agentliyi məlumat yayıb.
 
Kremlin sözçüsü Dmitri Peskov Makronun Fransanın Ukraynadakı müharibəyə birbaşa müdaxilə etməyə hazır olması ilə bağlı açıqlamasına reaksiya verib.

Makron Fransanın Ukraynaya Mirage 2000 döyüş təyyarələri verməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, bunu ötən gün Makron Ukrayna Prezidenti Vladimir Zelenskiylə Fransadakı görüşü zamanı deyib.
  
Fransanın 4500 Ukrayna əsgərinə təlim keçməyi təklif etdiyini açıqlayan Makron hazırda Ukrayna ərazisində fransız hərbi təlimatçılarının olmadığını vurğulayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR