Rusiyadan Polşaya sərt cavab: “Təxribatdır”

Rusiyadan Polşaya sərt cavab: “Təxribatdır”
DÜNYA
09:00 21.11.2022
220
Rusiya ilə Polşa arasında gərginlik yaşanır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına mane olmasını "təxribat” adlandırıb.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Polşa ilə bağlı sərt açıqlama verib. Polşanın ATƏT-ə müddətli sədrlik etdiyini xatırladan nazirlik Lavrovun dekabrın 1-2-də Lodzda keçiriləcək iclasda iştirakından imtina edildiyini bildirib. 

Açıqlamada sözügedən qərarın 57 ölkənin suveren və müstəqil dövlət kimi tam bərabərliklə iştirak etdiyi bir təşkilatın sədrliyi statusuna uyğun gəlməyəcəyi bildirilib və Lavrova qarşı verilən qərarın təxribat xarakterli olduğu vurğulanıb. 

Ayşən
OXŞAR XƏBƏRLƏR