Rusiyadan Qərbə sərt reaksiya: Onların bazalarını vuracağıq

Rusiyadan Qərbə sərt reaksiya: Onların bazalarını vuracağıq
DÜNYA
14:56 10.06.2024
130
Rusiya Qərbə qarşı sərt bəyanatlarını davam etdirir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" xəbər agentliyi məlumat yayıb.
 
Məlumata görə, Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov müharibədə Ukraynaya hərbi dəstək verən ölkələrdəki bazaların qanuni hədəf kimi qiymətləndiriləcəyini bildirib.

Kartapolov Ukrayna xaricindəki, müharibədə Rusiyaya qarşı rol oynayan F-16 təyyarələri və hava bazalarının vurula biləcəyini bildirib.

Bu bəyanat ABŞ və bəzi Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisinə hücumlarda Qərb silahlarından istifadə etməyə icazə verməsindən sonra verilib.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyanın nüvə silahından istifadə ehtimalını nəzərə almalı olduğunu deyərək, "Nüvə doktrinamızı aşağı salmayın, bizim ixtiyarımızda olan bütün vasitələrdən istifadə etmək mümkündür” demişdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR