"Biz artıq hər şeyi başa düşürük. Rusiyadan qorxduqları üçün bizi NATO-ya qəbul etmirlər. Hər şey bu qədər sadədir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
O Qərbdən təhlükəsizlik zəmanəti istəyib:
"Biz artıq sakitləşməliyik, Qərbdən başqa təhlükəsizlik zəmanətləri istəməli və onları tələb etməliyik".