Rusiyadan “Taxıl sazişi” ilə bağlı AÇIQLAMA

Rusiyadan “Taxıl sazişi” ilə bağlı AÇIQLAMA
DÜNYA
21:33 12.11.2022
223

"Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb.

AZXEBER.COM xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Verşininin sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:

"Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxarıb, digərlərini diqqətdən kənarda qoya bilmərik. Biz təbii ki, baş vermiş və baş vermək ehtimalı olan hər məqamı nəzərə almalıyıq”

OXŞAR XƏBƏRLƏR